22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
SOS ! - Ciddi su qıtlığı gözlənilir - Qənaət edin!
Sosial / İdman 9.09.2021 439

Son zamanlar ölkəmizdə su qıtlığının yaşandığına dair müəyyən iddialar səslənir. Hətta aidiyyəti qurumlar məsələ ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Müxtəlif ərazilərdə sular günün müəyyən saatlarında məhdudiyyətlə verilir.Su qıtlığının yaranmasının müxtəlif səbəbləri var. Onlardan biri də Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalmasıdır.

Problemdən çıxış yolları barədə “Sherg.az”a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli su qıtlığının qlobal əhəmiyyətli bir problem olduğunu söyləyib.O, qeyd edib ki, bütün dünyada uzun illərdir bu məsələ ilə bağlı həyəcan təbili çalınır:

“Hətta müəyyən dövlətlər ciddi proqram üzərində işləyirlər. Son illər Azərbaycanda Xəzərin səviyyəsinin aşağı düşməsi, Kür və Araz çayında suyun azalması, dağlıq ərazilərdə bulaqların quruması müşahidə olunur.

Bütün bunlar həm də qlobal istiləşmənin nəticəsidir. Problemin həlli üçün ölkəmizdə müəyyən addımlar atılır. Hər halda vətəndaşlar suya qənaət etməlidir.

Çünki su müəyyən müddət ərzində bərpa edilənə qədər problem həll olunmalıdır ki, insanlar əziyyət çəkməsin Meşə zolaqlarının salınması, ağaclara qulluq edilməsi dünya proqramı çərçivəsində yer alır. Azərbaycan dövləti olaraq bu proqrama töhfəmizi verməliyik”.






Starxeber Bizi instagramda izləyin