22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Bakı-Ankara- İslamad birliyi: “Mərkəzi Asiya ölkələri də ittifaqda yer alacaq”
Siyasət 9.09.2021 368

“Azərbaycan, Pakistan və Türkiyə hərbi təlimləri üçlü ittifaqın təməl daşları olacaq.Gələcəkdə bu ittifaqa Türkmənistan, Özbəkistan və Əfqanıstan da qatılacaq”. 

Bu sözləri siyasi analitik Turab Rzayev deyib. Onun fikrincə, gələcəkdə türkdilli dövlətlər arasında əlaqələr daha da güclənəcək.

 Analitik bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Azərbaycan, Türkiyə və Pakistan birgə təlimlərinə  artıq start verilib. Bakı-Ankara- İslamad arasında üçtərəfli təlimlərin təşkili barədə də razılıq əldə olunub. Bu, güclü birliyin yaranması deməkdir.

Yaxın gələcəkdə- Taliban vədlərini yerinə yetirəcəyi təqdirdə Əfqanıstanın da bu birliyə qoşulacağı gözlənilir. Həmçinin Mərkəzi Asiya ölkələri də ittifaqda yer alacaq.

Azərbaycan və Türkiyənin Pakistan və Əfqanıstanla quru əlaqəsinin yaranması üçün Mərkəzi Asiya ölkələrinin birliyə qoşulması şərtdir. Təbii ki, İran bunu istəmir. Amma digər bütün tərəflər hərbi ittifaqda maraqlıdır”.

T.Rzayev, həmçinin proseslərin Rusiyaya təsiri barədə də söz açdı: 

“Moskvanın regiona tək nəzarət etməyə gücü çatmır. Ona görə də yükünü bölməlidir. İndiki halda onun üçün ən ideal partnyor Ankaradır. Əlbəttə, Qərbin Orta Asiyaya gəlməsi də Kreml üçün təhlükədir. Bu mənada Rusiya üçün Azərbaycan- Türkiyə- Pakistan- Əfqanıstan ittifaqı daha optimaldır, nəinki Çinin və Qərbin regiona müdaxiləsi. Ümumiyyətlə, bölgənin gələcəyi Bakı-Ankara- İslamabad birliyindən və bu ittifaqın Moskva ilə münasibətlərindən asılıdır”.






Starxeber Bizi instagramda izləyin