Güclü fırtına nəticəsində 3 nəfər öldü - 31 nəfər itkin düşüb

Filippində bazar ertəsindən bəri davam edən güclü fırtına nəticəsində ən azı 3 nəfər ölüb, 31 nəfər isə itkin düşüb.

Unikal.org xəbər verir ki, "Conson" tropik fırtınası Manila və digər beş bölgədə təxminən 84.000 insana zərər verib. 10 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb. 

Bildirilib ki, fırtına zamanı bir neçə bölgədə sel və torpaq sürüşmələri baş verib. Güclü külək elektrik dirəklərini aşırıb, evlərin damını uçurub. 

Qeyd edək ki, bu gecə Filippini tərk etməsi gözlənilən qasırğa indiyədək 3 mindən çox evə ziyan vurub. 

Ağarza Elçinoğlu 


Showxeber Bizi instagramda izləyin



Dünya 9.09.2021 419
Bütün Xəbərlər