Azərbaycanda itkin düşən gənc qızın oğurlanaraq zorlandığı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata görə, 41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra isə onu zorlayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb. R.Bayramov barəsində isə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.