İran ilə İraq sərhədində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların maqnitudası 4,5 bal olub, episentri Kirmanşah vilayətinin Qəsrişirin bölgəsindən 45 kilometr məsafədə yerləşib.
Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.