10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri var
Dünya 8.09.2021 153

Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil

"Taliban" ABŞ və NATO üzərində faktiki qələbə qazanaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb". 

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib. O qeyd edib ki, "Taliban"ın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır: "Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin "Taliban"la təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər.

"Taliban"ın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən "Taliban"la əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib. Çin və İran xarici işlər nazirləri bir neçə gün əvvəl telefonla danışıblar. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər. Pekinin əsas hədəflərindən biri "Taliban"ın terrorçu qruplardan uzaqlaşmasıdır.

Çünki "Taliban" keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. "Taliban" Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı "Taliban"ın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir. Buna baxmayaraq, "Taliban"ın formalaşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır".

Politoloq qeyd edib ki, ideologiyalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə "Taliban" idarəetmə baxımından bir-birinə yaxındır:

"Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. "Talibanın" idarəetməsində də fərqli heç nə yoxdur. "Taliban" əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür. Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri də var. Birincisi, "Taliban" ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncər vadisindəki qüvvələr "Taliban"a təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil. İkincisi, "Taliban" verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin “inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir".






Starxeber Bizi instagramda izləyin