Tanınmış italiyalı aktyor VƏFAT ETDİ

Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

SHOWXEBER.AZ TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.


Showxeber Bizi instagramda izləyin



Mədəniyyət 7.09.2021 391
Bütün Xəbərlər