17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qayınata oğlu ilə əlbir olub gəlini zorla… - Azərbaycanda ŞOK
Kriminal 7.09.2021 437

Azərbaycanda qayınata oğlu ilə əlbir olaraq, gəlini zorla aborta aparmaq istəyib.

Bununla bağlı Sonxeber.az-ın redaksiyasına şikayət daxil olub. 

 Belə ki, qeyri-qanuni ailə həyatı quran iki gənc arasında gərgin münasibətlər yaşanıb. Ağamalıyeva Mənsurə Mehman qızı bildirir ki, onların yoldaşıyla rəsmi nikahı olmayıb.

Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:
"Tağıyev Talehlə 5 aydır ki, birlikdəyəm. 3 ay bundan əvvəl hamilə qaldım. Münasibətimizin ilk 4 ayı hər şey yaxşı idi, son 1 aydır ki, mübahisələrimiz başlayıb. 

Talehin atası uşağı dünyaya gətirməyimi istəmirdi. Yoldaşım məni hamilə halımla maşından yerə atdı, müxtəlif xəsarətlər almışam. Hazırda onurğa sütunum zədəlidir. Bundan başqa, məni atası ilə birgə Yasamalda 3 saylı "Asan xidmət"in qarşısında taksidən məcburi düşürdüb aborta aparmaq istəyirdilər, boğazımdan tutub şantaj etmişdilər. Əllərindən qaçdım, məni xəstəxanaya apara bilmədilər. 

Mən yetim böyümüşəm: nə atam var, nə anam. Yoldaşımın atası isə Gürcüstan vətəndaşıdır. Mənə "türmədə yatmışam, səni öldürərəm, istədiyimi edərəm" kimi sözlər deyir. Hətta məni təhqir də edib.

Bunun barəsində polisə də şikayət etmişik". 
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, nömrə şəbəkə xaricində olduğu üçün əlaqə saxlaya bilmədik.






Starxeber Bizi instagramda izləyin