Futbol üzrə Azərbaycan millisi Bakıda Portuqaliyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Məşqdə yığmanın zədəli futbolçular Maksim Medvedev və Rüstəm Əhmədzadə, həmçinin cəzalı Anton Krivotsyuk iştirak etməyib.
Qeyd edək ki, sentyabrın 7-də BOS-da oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.