22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Günel Ayanla Nadirin qalmaqallı videosundan danışdı
Maqazin 6.09.2021 83

Müğənni Günel Ələkbərova həmkarları Nadir Qafarzadə və Ayan Babakişiyevanın qalmaqallı videosundan danışıb.

Axşam.az xəbər verir ki, görüntüləri Günel öz səhifəsində yaymışdı. İnstaqramda canlı yayımda olan ifaçıya bunla bağlı sual ünvanlanıb. 

 Günel bildirib ki, videoda qəbahətli heç nə olmayıb:
"O video mənim telefonumdan çəkilmişdi. Orada elə bir şey yox idi. Sadəcə olaraq, yaxşılardan uzaq, mənəvi cəhətdən kasad insanlar nəyi necə görürlərsə, elə canlandırırlar. Şişirtdilər ki, dodaqdan öpüşdülər. Onu belə etmək lazım deyildi. Nadir gözəl insandır. Çoxlarında olmayan vicdan, qürur, insani davranış, ailəsinə bağlılıq məhz Nadirdə var. Onun gözəl xanımı var. Kiminsə dəxlisiz nələrsə yazması, paylaşması ilə gözdən düşməz. 
Nadirin üzr istəməyini anlamadım, orada bir şey yox idi. Buna başqa cür don geyindirdilər, başqa şey yapışdırdılar. Ayan da yaxşı qız, gözəl anadır.

 İllərdir Nadirlə ailəlikcə dostdurlar. Sənət dostumu qucaqlayıb öpürəmsə, nəsə var? Kiminsə əksik işi olsa, kamera önündə etməz. İnsanların həyatına müdaxilə etməyin, günahını boynuna almayın". 

Qeyd edək ki, Nadir Ayanı öpdüyü videonu Günel sosial şəbəkədə paylaşmışdı. Nadir daha sonra buna görə videoaçıqlama yayaraq,üzr istəyib. 






Starxeber Bizi instagramda izləyin