17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Laçınım”ı Məhəbbət yox, mən bəstələmişəm”
Maqazin 6.09.2021 83

Əməkdar artist Könül Kərimova illər sonra müzakirələrə səbəb olacaq  etiraf edib.

SHOWXEBER.AZ xəbər verir ki, məşhur müğənni kulis.az-a müsahibəsində “Laçınım” mahnısını Əməkdar artist Məhəbbət Kazımov yox, özü bəstələdiyini qeyd edib.

İki il çalışsaq da elə bil, illərlə birlikdə işləmişik. 

Hətta həmin ərəfədə mənim özümün yazdığım mahnılar da oldu. Həmişə mənə zarafatla deyirdi ki, Üzeyirin nəvəsi, gəl bu mahnının filan yerini düzəlt. Onun özünün də musiqiləri vardı. Mən bu məsələni bir az gec açıqladım.

Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? “Qız, Allahın bəlasıdır gözlərin”, “Təkcə mənim olaydın”, “Laçınım” mahnılarının musiqilərini yazdım. O vaxtı müğənni mahnı yaza bilməzdi. Yəni buna icazə yox idi. Bu mahnılar efirə anonim gedirdi. İllər keçəndən sonra dedilər, əşi, elə qoy belə getsin, Məhəbbətin adı ilə çıxsın bu mahnılar”,- deyə Kərimova bildirib.

Müğənni bu addımların ona xoş gəlmədiyini, işbirliyinə son qoyduğunu vurğulayıb:

“Bunu Manaf Ağayev, Vasif Məhərrəmli, Yusif Mustafayev, Elşad Qarayev, rəhmətlik Baloğlan Əşrəfov bilirdi. Hamı bilir ki, “Laçınım”ı mən yarım saatın içində yazmışam. Məhəbbət Kazımov əlbəttə istəyərdi ki, “Laçınım”ı özü yazsın. Axı o, laçınlıdır. Ancaq “Laçınım” mahnısını Məhəbbət Kazımov yox, mən bəstələmişəm.

Hərdən zarafat edirdi, deyirdi, deyəcəklər, xeyir olsun, bu mahnını Ağcabədili qızı yazdı. Sadəcə onun ətrafındakı adamlar əvvəllər dedilər, mahılar sintezator ifaçısının mahnıları kimi gedir. Ondansa, Məhəbbətin adından getsin. Məsələnin bu tərəfini başa düşdük. Bəs haqq-ədalət harda qaldı? Bunu heç kim dana bilməz. Vasif Məhərrəmli bu yaxınlarda dedi, Məhəbbət özü deyirdi ki, bu mahnıları Könül yazıb. Məhəbbət rəhmətə gedib, mən elə bil təklənmişəm”.






Starxeber Bizi instagramda izləyin