10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Əzizovların adından dələduzluq edən şəxsdən XƏBƏR VAR
Kriminal 4.09.2021 280

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Operativ24.Az Kriminalqafqaz-a istinadən xəbər verir ki, Səbail, Yasamal, Nəsimi rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının baş müdiri olan Aydın Əzizovun keçmiş sürücüsü Həsən Zöhrəbəyov Əzizovlarla qohum olduğunu deyərək vətəndaş Gülnarə Vəliyevaya övladlarını işə düzəldəcəyi vədini verib. O, bunun qarşılığında G.Vəliyevadan 13350 manat pul alıb.

H.Zöhrəbəyov G.Vəliyevanın qohumu Lalə İsmayılovanın oğlunu hərbi xidmətdən saxlatdırmaq vədi ilə isə sonuncudan 4 min manat alıb. Daha sonra Həsən Zöhrəbəyov yoxa çıxıb və xanımların zənglərinə cavab verməyib.

Hadisə ilə bağlı zərərçəkənlərin şikayəti əsasında başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib. Gülnarə Vəliyeva və Lalə İsmayılova ilə yanaşı, Aydın Əzizov da iş üzrə zərərçəkən qismində tanınıb.

Qeyd edək ki, Aydın Əzizov Bakıda 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsini icra edir. 






Starxeber Bizi instagramda izləyin