17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bakıda mağaza və salonlara hücum edən Kənan HƏBS EDİLDİ
Kriminal 3.09.2021 288

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Operativ24.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. 

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib. 

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin