22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet / Maqazin 15.04.2019 347

"Kazbekə şey basım, zırlanım"ın müzakirəsi bitməmiş daha bir bayağı musiqi - "otduşi" ley-pey, bomba kayfda" ortalığa çıxıb. Gənclər kamera önünə keçib, bu "mahnı"nı oxuyub, rəqs edirlər. Daha bir bayağı mahnı və ifa gündəm olub.

Qeyri-sağlam yaşam tərzini mahnılarında əks etdirənlər cəmiyyətin həssas üzvləri - gənclərin mənəviyyatına beləcə zərbələr endirirlər. 



Ziyalılar və sənət adamları tərəfindən ədəbsiz və jarqon ifadələrin yer aldığı mahnılar qınanılsa da, ifaçılar tənqidlərdən nəticə çıxarmaq istəmirlər. 

operativ24.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bununla bağlı Xalq artisti Faiq Ağayevin fikirlərini öyrənib. 

O, internetdə bunun qarşısını almağın mümkün olmadığını deyib:

"İndi işimizi-gücümüzü ataq, gedək, o insanların boğazından yapışaq? Alınmır. Biz azad ölkədə yaşayırıq. Tövsiyə oluna bilər ki, televiziya kanallarımız, radiolar bu cür mahnıların yayımını dayandırsın. Elə insanların efirə dəvət olunmasını dayandırsın. Amma azad internetlə nə edəcəksiniz? 

İnsanların daxilində öz senzurası olmalıdır ki, mən bu işə əl atmayım. Bu yaxınlarda narkotiklə bağlı bir mahnı çıxdı və mahnının ifaçısı saxlanıldı. Mən sosial şəbəkədə öz rəyimi yazdım ki yaxşı olardı ki, mahnının aranjimançısı və studiya rəhbəri də məsuliyyətə cəlb olunsun. 

Çünki bu bilavasitə mənəviyyatımıza zərbədir. Deyirlər, hansı xalqı məhv etmək istəyirsinizsə, ilk növbədə onun mədəniyyətindən başlayın. Bu kimi ifalar və mahnılar bizim mənəviyyatımızın sıfırlanmasıdır". 

Xalq artisti gənc qızların bu kimi mahnıları dinləməsini pisləyib, onların valideyinlərinə səslənib:

"Baxıb görürəm ki, bu kimi mahnılara daha çox gənc xanımlar, qızlar qulaq asıb, rəqs edirlər. Mən buna qarşıyam, tamaşaçılarımızın əksəriyyəti də qarşıdır. Bəs bu valideynlər görmürlər ki, onların qızları nələr edir? Narkotikanı təbliğ edən mahnıların sədaları altında qızlar rəqs edir. Demirəm, tutub döysünlər. İzah etsinlər ki, olmaz". 






Starxeber Bizi instagramda izləyin