17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Çinarə Akif Səmədin şeirini "oğurladı", varisi buna etiraz etdi
Maqazin 2.09.2021 233

Müğənni Çinarə Məlikzadə “Dünya” adlı yeni mahnısını dinləyicilərinə təqdim edib. Qeyd edək ki, bu ifa bizə çox da yad deyil. Mahnının  sözləri görkəmli şair Akif Səmədin “Dünya sənin nəyindir ki?” şeiri əsasında yazılıb. Mahnının sözlərində "Atan deyil, anan deyil" və “Dünya sənin nəyindir ki?” misralarından istifadə olunub, amma müəllif kimi A.Səmədin adı çəkilməyib. Halbuki həmin cümlə  səslənəndə hamımızın ağlına ilk olaraq A.Səməd gəlir. Bir sözlə  misranın ağırlığı, düşüncənin dərinliyi “oğurlanıb” və müəllif hüquqları pozulub. 

Mövzu haqda “Sherg.az”a danışan A.Səmədin oğlu, şair-jurnalist Ulucay Akif məsələdən xəbərdar olduğunu deyib:

“Mahnı kimi dinləməmişəm, lakin şeiri oxumuşdum. O zaman da etirazımı bildirdim. Yenə etiraz edəcəm”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

A.Səmədin "Dünya sənin nəyindi ki?!" şeirini təqdim edirik:

 Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?

Akif Səməd
Ç.Məlikzadənin ifası:






Starxeber Bizi instagramda izləyin