Hindistanın aparıcı televiziya və kino aktyorlarından olan Siddhart Şukla 40 yaşında vəfat edib.
SHOWXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, infarkt keçirən aktyor xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Bir sıra film və seriallarda rol alan Siddhart "Kiçik gəlin" (Balika Vadhu) serialında "Şiv" rolunu canlandırıb./axsam.az