Xalq artistinin bacısının ölümünə peyvənd səbəb olub? - TƏBİB-dən açıqlama

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər. Onlarına iddiasına görə, rejissor vaksin vurduqdan sonra vəfat edib.

SHOWXEBER.AZ xəbər verir ki, “Report” məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ilə müraciət edib.

Sorğuya cavab olaraq bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”.

Qeyd edək ki, A.Məmmədova Xalq artisti Zümrüd Məmmədovanın bacısıdır. Mərhumun həyat yoldaşı da koronovirusdan vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Maqazin 1.09.2021 223
Bütün Xəbərlər