Lənkəranda evdən meyiti tapılıb.

operativ24.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Səbahəddin Rəhim oğlu Bağırov yaşadığı evdə ölü tapılıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.


Faktla bağlı araşdırma aparılır.


Showxeber Bizi instagramda izləyin



Sosial 2.07.2019 103
Bütün Xəbərlər