10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Türkiyədə Peyvənd vurduranlara pulsuz kabab!
Dünya 31.08.2021 257

Türkiyənin Qaziantep şəhərində kababçı maraqlı addım atıb

Əhali arasında peyvənd olunanların faizi baxımından ən aşağı göstəriciyə sahib bölgədə birdən-birə faiz yüksəlməyə başlayıb. Bunun səbəbi bilinəndə, hər kəs yaxşı mənada heyrətə düşüb. İstifadə olunan metod hətta bəyənilib də.

Operativ24.Az “Milliyet.com”a istinadən bildirir ki, Türkiyənin Qaziantep şəhərində bir yeməkxana sahibi peyvənd kampaniyasına əməli dəstək verib.

Yeməkxana sahibi “peyvənd olunanlar, arayışla gəlsin, pulsuz kabab yesin”, elanı verib. Bunu eşidib-bilən yeməkxanaya axın edib.

Yeməkxanaya gələnlər peyvənd olunmalarına dair kart təqdim edib, pulsuz kababa qonaq olublar. Bildirilir ki, Qaziantep peyvənd olunanların sayına görə ən aşağı göstəriciyə sahib şəhərlər sırasında olub. Pulsuz kabab olayından sonra isə bu şəhərdə peyvənd vurduranların sayı əməlli-başlı artmağa başlayıb.

Yeməkxana sahibinin bu addımı bir tərəfdən peyvənd kampaniyasına dəstəkdirsə, bir tərəfdən də sahibkarların ziyana düşməməsi üçün atılan addımdır.

Məlum məsələdir ki, yoluxma sayı artdıqda, hökumət sərt karantin tədbirlərinə əl atır, yeməkxanalar, restoran və kafelərin fəaliyyəti dayandırılır. Yeməkxana sahibi pulsuz kabab təklif etməklə, həm də sahibkarlıq maraqlarını qorumuş olur.

Yeməkxana sahibi Erkan Ayık pulsuz kabab kampaniyasını bu məqsədlə təşkil etdiyini, yoluxma sayının artmasından ən çox qida sektorunun zərər gördüyünü bildirib./sherq.az






Starxeber Bizi instagramda izləyin