10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Tokio-2020”: 6 idmançımız mübarizəyə başlayır
İdman 31.08.2021 228

"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir.
 
Operativ24.Az xəbər verir ki, Paralimpiadanın yeddinci günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
 
Bu gün idmançılarımızdan 3-ü atletika, 2-si güllə atıcılığı və digər 1-i isə üzgüçülük yarışlarında iştirak edəcək.
 
Belə ki, atletlərimiz Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarında güclərini sınayacaqlar. Yelena Taranova və Kamran Zeynalov 10 metr məsafəyə güllə atıcılığı yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
 
Tokio Paralimpiadasında 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında qızıl medal qazanan Raman Saleh növbəti cəhdinə çıxacaq. Bu dəfə təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edəcək.
 
Qeyd edək ki,  Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
 
Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
 
Hazırda Azərbaycan medal qazanan 78 ölkə arasında 10-cu pillədə yer alıb.
 
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə 35 idmançı təmsil edr. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.
 
Xatırladaq ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək./modern.az






Starxeber Bizi instagramda izləyin