Aktrisa Məlahət Abbasovanın təyyarədə pullarını oğurlayıblar.
Bu haqda aktrisa özü məlumat yayıb. O, son günlər təyyarədə bu kimi halın çoxaldığını vurğulayıb:
"Bunu da gördük, oğrular baş üstündə olan baqajda içində pul olan əl çantalarından pulları oğurlayır. Diqqətli olun.
Təyyarədə əl çantalarınızı yanınızda saxlayın. Əsla başınızın üstündəki yerə qoymayın. Siz yatdıqdan sonra oğrular heç bir şey olmamış kimi şübhələndirmədən çantadan pullarınızı alıb, yerinə qoyurlar. On gün əvvəl bir qadının 18 min dolları çantasından yoxa çıxmışdı. Həm də xəstəxana pulu imiş. Son aylar dörd-beş belə hadisə olub. İndi də mənim başıma gəldi".