22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
​YAP-çı deputat bu vəzifəsindən xaric edildi - Mandatı da ƏLİNDƏN ALINA BİLƏR
Siyasət 30.08.2021 86

Milli Məclisin deputatı İltizam Yusifovun deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezidenti olub, hələ də biznes fəaliyyətini davam etdirməsi ilə bağlı məlumat vermişdik.

Azadinfo.az-a daxil olan məlumata görə, sözügedən məsələ ictimailəşdikdən sonra deputat tutduğu vəzifədən xaric edilib.

Mənbənin sözlərinə görə, artıq günlərdir İ. Yusifov işə getmir.

Mənbə həmçinin, deputatın bu məsələnin yayılmasından narahat olduğunu bildirib.

Sözügedən məsələni dəqiqləşdirmək üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşəkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlasaqda, sorğumuza cavab ala bilmədik.

46 saylı Şirvan seçki dairəsindən deputat olan İltizam Yusifovla da əlaqə yarada bilmədik. Belə ki, o, Milli Məclisin saytından köməkçisinin belə əlaqə nömrəsini sildirib.

Feysbuk üzərindən yazdığımız sualları da İltizam Yusifov görsə də cavab vermədi.

Görünür, YAP-çı deputat öz vəzifəsinin ağırlığını hələ də dərk etməyib, özünü millət vəkili yox, biznezmen hesab edir...

Qeyd edək ki, deputatın neft şirkətində olan vəzifəsi ilə bağlı hüquqşünas Əkrəm Həsənov deputatın mandatının ləğv edilməli olduğunu bildirmişdi:

“Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”.

Xartırladaq ki, sözügedən şirkətlərdən İ. Yusifov hər ay 18 min 600 manat maaş alırdı. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti "Shirvan Operating company LTD" və Kayman adalarının "Karasu Operating Company"nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var.






Starxeber Bizi instagramda izləyin