22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İrandan Ermənistana dost məsləhəti: Alternativ yol çəksin!
Dünya 30.08.2021 257

Gözlənildiyi kimi, İran Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub.

Operativ24.Az bildirir ki, İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib.

Səfirliyin yaydığı açıqlamada bildirrilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. 

Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində bir neçə gün problem yarandığını bildirir: 

“İki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb... 

Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən həll olunacaq.”
İran səfirliyi həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırıb: 
“Biz ümid edirik ki, Gorus-Qafan marşrutuyla bağlı mübahisələrin həlli üçün aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”./yenisabah.az






Starxeber Bizi instagramda izləyin