"Marketlərdə hər şeyin qiyməti günbəgün, aybaay, qəpik-qəpik, manat-manat bahalaşır. Maaşlar isə olduğu kimi qalır".
SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri teleaparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb.
O, əlavə edib ki, buna baxmayaraq, insanların sağ qalması bir möcüzədir:
"Bizim insanlara halal olsun. Necə dolanırıq? Necə sağ qalırıq? Əməllicə möcüzədir. Şişirtmirəm. Bu, ayrıca sosialoji araşdırma mövzusudur".