10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü" - Dövlət başçısı
Siyasət 26.08.2021 1 058

Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə həm Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı, eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də o qədər oraya getməyə can atmırdılar.

Operativ24.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirib.

İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanın hərbi cinayət sayıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Əgər 90-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən, Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər.

Deyirdilər ki, bəli, biz gəlmişik bura. Bura Ermənistan torpağıdır. Biz burda yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara söz deyən yox idi, bizdən başqa. Minsk qrupu onlara bir söz demirdi”.
Prezident bildirib ki, qanunsuz məskunlaşma təkcə Şuşada deyil, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında da aparılırdı. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi. Bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər.
“Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib.

Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb./unikal.org






Starxeber Bizi instagramda izləyin