Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.
Bu barədə Operativ24.Az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.
Qeyd edək ki, bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib.