Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 230 nəfər həyatını itirib.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 293 037 nəfərdən test götürülüb, onların 19 191-nin testi pozitiv nəticə verib, 15 372 nəfər sağalıb.