14:39 CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi  |     18:03 İstanbulun Şahzadələr Adalarında dincəlmək üçün istirahət yerlərini kəşf edin  |     17:18 Anadolu mətbəxi, mədəniyyətin dadlı ifadəsi  |     11:17 COP29 dünyaya ekoloji saflıq təklif edir  |     23:41 QHT sədri medalla təltif olundu  |     23:08 Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür  |     23:02 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib  |     13:18 Ülviyyə Cəlilzadə: "COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır  |     14:47 Türkiyənin Egey dənizini populyar velosiped marşrutları ilə kəşf edin  |     17:03 Payız mövsümündə Türkiyə turizmi: kəşf ediləcək gözəlliklər və fəaliyyətlər  |     16:13 “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində  |     15:28 “Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib  |     14:50 Türkiyənin Qərbdən Şərqə ən yaxşı payız marşrutlarını kəşf edin  |     16:43 Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb  |     14:53 Keçmişin mədəni zənginliyi Türkiyədəki kəşflərlə üzə çıxır  |     14:46 Suveren Azərbaycanın yeni Parlamenti  |     23:11 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     22:13 Ermənistan Azərbaycana vurduğu maddi-mənəvi zərərə görə təzminat ödəməlidir – Millət vəkili  |     13:49 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq" - Nadir Alpaslan  |     12:23 Deputat: “Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”  |    
Milyon dollardan çox pulu mənimsəməkdə təqsirləndirilən şəxsin atası danışdı
Kriminal 24.08.2021 182

Avqustun 21-də Xətai Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı olan iş adamıyla iş birliyi quraraq, ona qarşı 1.600 000 (bir milyon altı yüz min) ABŞ dolları məbləğində, xüsusilə, külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirməsində ittiham olunan Elvin Həşimli barəsində prokurur tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilsə də, lakin hakim Bəxtiyar Məmmədovun qərarıyla təqsirləndirilən şəxslə bağlı həbs qətiimkan tədbiri seçilməyib.

E.Həşimlinin atası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov qeyd olunan məsələ ilə bağlı “Vətənxəbər”ə açıqlama verib. O, hazırda heç bir sübutun olmadığını və məsələnin araşdırıldığını söyləyib:

“Bununla bağlı vəkilimiz açıqlama verəcək. Heç bir sübut yoxdur. Bu dəqiqə biz özümüz də bunu araşdırırıq ki, bu, nə məsələdir? Araşdırıb, sizə açıqlama verəcəyik. Sübut, şahid heç nə yoxdur deyə, bu dəqiqə heç nə deyə bilmirik. İşin içinə girək, biz özümüz, nə isə bilək, bundan sonra sizə də bir şey deyərik.

Bu hələ məhkəmə prosesi deyil. Məhkəmə işi araşdırmır, məhkəmə təqsirləndirilən şəxsə hökmün normasını seçməlidir ki, bu içəri də, yoxsa çöldə  olmalıdır. Məhkəmə də qaytardı ki, qardaş, sənin sübutun, şahidin, rəsmi kağızın yoxdur. Mən bu işin sonunadək gedəcəyəm, sonda da sizə məlumat verəcəyəm.

Hələ araşdırma getməyib ki, bunun da məhəkəməsi olsun. İş araşdırılacaq, sonu da gedib məhkəməyə çıxacaq. İş hazırda prokurorluqdadır. Sübut yoxdur, sübut olunmur. Ya işə xitam, ya da işi araşdırılıb məhkəməyə veriləcək. Araşdırmaqdan asılıdır, mən bilmirəm... Mən bu dəqiqəqə sizə yalan nə deyim?”


“Niyə məhz sizin oğlunuz ittiham olunur?” sualına E.Həşimov qısa cavab verib:

“Mən rəsmi olaraq bunun sonuna qədər gedəcəyəm. Narahat olmayın, səs-sorağı çıxacaq.”

E.Həşimov mətbuatda millət vəkili Elman Məmmədov ilə qohumluq əlaqəsinin olmasıyla bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Elman müəllimi nə tanıyırıam, nə də qohumluq əlaqəm var. Nə o məni, nə də mən onu tanıyıram. Mən onu yalnız deputat kimi tanıyıram. Bu insanla üzbəüz görüşməmişəm.”

Qeyd edək ki, Elvin Elçin oğlu Həşimli Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində çalışıb.






Starxeber Bizi instagramda izləyin