22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Hər zaman zənginlik qoxmuşam” - Mətanət Əsədova
Maqazin 24.08.2021 347

"Heç vaxt pulum olmayıb. Bunun fikrini etməmişəm. Hər zaman zənginlik qoxmuşam. Çünki zəngin ailədə doğulmuşam. Zəngin olmuşam, amma pulum olmayıb. Əliaçıq olmuşam, pul haradan gəlib-gedib bilməmişəm. Maddi durumu alt-üst edən insan deyiləm. Özümü düşünmürəm, deyirəm, yaxşılıqlar olsun. Allah yetirsin pul. Hazırda çantamda 200-300 manat pul var. Ondan başqa pulum yoxdur".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Gün ortası" verilişində deyib. Sənətçi yaşadığı maddi sıxıntılardan danışıb.

M.Əsədova sosial şəbəkədə olan mənfi rəylərin əksəriyyətinin sənət adamları tərəfindən yazıldığını iddia edib:

"Tamaşaçıda, jurnalistlərdə də, günah görmürəm. Onlara görə mübarizə apardığım sənət adamları var, hamısının saxta profili var. Çoxdur...


 Onlar o profillə camaat adından nələr yazırlar. Ona görə də camaata mənfi yanaşa bilmərəm, onların günahı deyil. Bəziləridir bunu edən. Onlar mənim sənət dostum deyil".

Müğənni maddi imkansızlığa görə yeni layihələr təqdim edə bilmədiyini açıqlayıb:

"Maddi durum olsa, gözəl layihələr edərəm. Amma yoxdur, güclə yaşayıram. Studiya, aranjiman, mahnı - pul lazımdır. Necə edim, çatdıra bilmirəm".

Əsədova ailə qurması ilə bağlı "İmkanlı olsun" sualına "Həyatda mənim üçün ən problemsiz iş ailə qurmaqdır. Sadəcə, mən istəyən kimisi, uyğunu yoxdur. Ailə qurmaq istəyənlər var. Yaşıma, xasiyyətimə, düşüncəmə uyğunu yoxdur. Mən də ac, o da ac oturaq nə edək? Qarnımız quruldasın? o da olmur. Çox şey tələb edən insan deyiləm" cavabını verib.






Starxeber Bizi instagramda izləyin