17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Laçına, Kəlbəcərə qayıdışa az qalıb
Siyasət 21.08.2021 753



Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heş vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə hər çıxışı, dediyi hər fikiri xalq “böyük qayıdış” üçün tikintilərə, infrastukturların yaradılmasına başlanğıc kimi qarşılayır. Xalq əminliklə qayıdış gününü gözləyir. Müzəffər sərkərdənin Kəlbəcər və Laçın rayonlarına gəlişi də eyni yüksək ovqat yaşadıb.

Azərbaycan Respublikasının Prezidenti ermənilərin “Yerasx” adlandırdığı Arazdəyən kəndinin timsalında qətiyyətlə bildirdi ki, bütün qədim, tarixi adlar bərpa edilməlidir. Eləcə də Vardenisin adı Basarkeçər şəhəri adlandırılacaq.

Vətən müharibəsi həm torpaqalrımızın işğalını sonlandırdı, həm də dövlət kimi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. Dünya ictimaiyyəti inanır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri qısa müddətdə başa çatacaq. Ölkə başçımızın dediyi kimi, “Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq”.

“Mən azərbaycanlıyam!” deyənlərin hamısı ölkə başçısının regionlara, bu baxımdan işğaldan azad edilmiş rayonlara səfərlərində dediklərini böyük ruh yüksəkliyi ilə qarşılayırlar, çıxışlarını da. Laçın avtomobil yolu üzərində tikiləcək tunelin təməli qoyulanda dedikləri də belə coşqu yaratdı: “...ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”. Ölkə başçısı fikrini ictimaiyyətin diqqətini çəkən, ictimaiyyəti daha böyük inamlarla yaşadan bir fikir də dedi: “Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir”. İctimaiyyət bu fikirləri tamamlayan fikri Vətən müharibəsində qazanılan Zəfərin işığı bildi: “...Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır”.

Şərqi Zəngəzurun, neçə on illərlə imperiyanın yaddaşımızdam silməyə çalışdığı, Zəfərlə özümüzə qaytarılan ərazimizin inkişafına bu qayğıya görə ölkə başçımıza qədərsiz minnətdarıq.

Laçında beynəlxalq hava limanının təməlinin qoyulması da böyük qayıdışdan əvvəl yaradılan böyük inkişaf deməkdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iki fikiri bütün vətənsevərlər kimi mənim də qürurumu kükrətdi: “...biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir...” və “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda , gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qa¬ra¬bağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi.”

Qürurludur. Qürurlanırıq. Bu fikirlərlə qürurlanırıq, bu fikirləri deyən ölkə başçımızla qürurlanırıq.

İşğaldan azad edilmiş rayonlarımız yenidən tikilir.

Laçına, Kəlbəcərə qayıdışa az qalıb.



Səbinə Xasayeva,

Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin