22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Putin və Makron Qarabağı müzakirə etdi
Dünya 19.08.2021 88

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
 
Operativ24.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər. Telefon danışığı zamanı Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.
 
Həmçinin bildirilib ki, Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.
 
Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub.
 
Putin və Makron ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.






Starxeber Bizi instagramda izləyin