Azərbaycanın idman ustası Mirzə Məmmədov Türkiyədə keçirilən Kempo üzrə Açıq Türkiyə Çempionatında iştirak edib.
operativ24.az xəbər verir ki, idmançımız çempionatda ölkəmizi layiqincə təmsil edib və bütün rəqiblərinə döyüşdə qalib gəlib.
Belə ki, o, 100 kq-dan ağır çəki üzrə yarışda Kıbrıs, İran və Əfqanıstan idmançılarına qalib gəlib. Qeyd edək ki, bu M. Məmmədov dəfələrlə dünya çempionu olub.