17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Əfqanıstanın 1 trilyon dollarlıq təbbi sərvəti Talibana qaldı - ARAŞDIRMA
Dünya 19.08.2021 176

20 ildən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanlar yeni dövrün başlandığını bütün dünyaya çatdırırlar. 


Unikal.org-un məlumatına görə, Taliban hakimiyyətini qurduğu torpaqlarda 1 trilyon dollar dəyərində  sərvətə də  sahib olub. 


Belə ki, Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri kimi göstərilir. Lakin ABŞ hərbi rəsmiləri və geoloqlarının araşdırmalarına görə, ölkənin təxminən 1 trilyon dollar dəyərində mineral yataqlarına malik olduğunu  bildirib.  Bu yataqlar  iqtisadi  cəhətdən olduqca əhəmiyyətlidir. 


Nadir torpaq minerallarına sahib olan ölkədə dünyanın ən böyük litium yataqları belə var. 


Sözügedən maddənin enerji əldə edilə bilən batareyalarda istifadə edildiyini xatırladan "CNN International", bunu "iqlim böhranı ilə mübarizədə həyati, lakin nadir bir maddə" olaraq xarakterizə edib. Ölkələr karbon emissiyalarını azaltmaq üçün elektrikli avtomobillərə və digər təmiz texnologiyalara keçmək istədikcə, neodim kimi nadir torpaq elementlərinə, həmçinin litium və kobalt kimi metallara tələbat artır.


Beynəlxalq Enerji Agentliyi, qlobal litium, mis, nikel, kobalt və nadir torpaq elementlərinin tədarükünün sürətlə azalmasını dünyaya çatdırıb. Bu tədarüklərin Əfqanıstanda yerləşməsi isə  alimləri daha da narahat edib.


Elm adamı Rod Schoonoverun "CNN International"a açıqlaması xüsusi diqqət çəkib:


"Əfqanıstan, ənənəvi qiymətli metallar baxımından, şübhəsiz ki, ən zəngin bölgələrdən biridir. 


Bu zənginliyin 21-ci əsrdə yüksəliş tendensiyasında olan minerallar üçün keçərli olduğunu vurğulamaq lazımdır. Təhlükəsizlik problemləri, infrastrukturun olmaması və şiddətli quraqlıq, keçmişdə ən qiymətli mineralların çıxarılmasını əngəlləmişdir.  Bu, Taliban nəzarətində olan qısa müddətdə də dəyişməyəcək. Yenə də mən xaosa baxmayaraq bu ölkəyə sərmayə qoya biləcək Çin, Pakistan və Hindistan kimi ölkələrin adını  sadalaya bilərəm". 






Starxeber Bizi instagramda izləyin