22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 30.06.2019 181

Azərbaycan vətəndaşı olan Dinar Sarməmmədova iki il ərzində evli olduğu Muhammed Vuralın və ailəsinin zorakılığına məruz qaldıqdan sonra boşandığını, məhkəmənin iki yaşlı oğlunun tərbiyəsi üçün hüququ ona verdiyini, lakin buna baxmayaraq, neçə aydır uşağını görə bilmədiyini deyib, DHA agentliyi məlumat yayıb.

operativ24.az Virtualaz.org-a istinadən xəbər verir ki, 24 yaşlı Dinar Sarməmmədova Azərbaycanda pedaqoji ixtisas verən ali məktəb fakültəsini bitirdikdən sonra uzaq qohumu olan 25 yaşlı Muhammed Vuralla 2016-cı ildə ailə qurub və Iğdır vilayətinin Evci kəndinə gəlin köçüb. Gənc cütlük Vuralın anası ilə birgə yaşayıb və bir müddətdən sonra uşaqları dünyaya gəlib. Təxminən iki il sonra ailə Dinarın zorakılığa məruz qalması iddiası ilə məhkəməyə müraciətinə baxıldıqdan sonra dağılıb. Məhkəmə 2 yaşlı R.-in tərbiyəsi hüququnu anasına verib. Lakin Dinar aylardır ki, oğlunun üzünə həsrətdir. Uşağı ona göstərməkdən də imtina edirlər.



"Boşanmadan əvvəl heç bir əsasları olmadan uşağı əlimdən aldılar. Məcbur qalıb məhkəməyə müraciət etdim və boşanmaq istədiyimi bildirdim. 2019-cu ilin may ayında məhkəmə boşanma qərarı çıxardı və uşağın tərbiyəsi hüquqlarını da mənə verdi", - azərbaycanlı qadın deyir.

Lakin Iğdırda ekspert uşağın ailədə qalmasına qərar verib və Dinar Sarməmmədova Ankaraya gedərək, paytaxtda 4 nəfərlik psixoloq və ekspert heyətinin rəyini alıb. Həmin heyət uşağın anada qalmalı olduğunu müəyyənləşdirib.

"Bununla əlaqədar bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər, qərardan sonra isə heç bir qərara məhəl qoymayacaqlarını, topla-tüfənglə olsa da, uşağı verməyəcəklərini dedilər", - Dinar başına gələnləri danışır.
 
Bütün hüquqlarının ona məxsus olduğu oğlunu aylardır görə bilməyən Sarməmmədova səlahiyyətli orqanlardan və şəxslərdən kömək istəyib və kamera qarşısında göz yaşları töküb.






Starxeber Bizi instagramda izləyin