22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 15.04.2019 348

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 

operativ24.az xəbər verir ki, daim maraqlı açıqlamaları, paylaşımları ilə diqqətləri üzərinə çəkən tanınmış stilist Samiraldo idmanla bağlı fikirlərini Sport7.az-la paylaşıb.


- İdmanla aranız necədir?
- Mən idmanın ancaq bir növünü sevirəm, o da bal rəqsləri. İllərlə məşğul olmuşam. Hətta çempion da olmuşam. Neçə vaxtdı atmışam deyə çəkim də artıb. İdman yaxşı məşğuliyyətdi. Ancaq hər insanın ruhuna uyğun idman növü var. Məsələn, mən işimi-gücümü atıb saatlarca futbol matçlarına baxa bilmərəm. Buna səbrim çatmaz. Futbol ilə bağlı anlayışım da yoxdu, marağım da yoxdu. İnsanlar var ki, həyatlarını futbola həsr edirlər. Tək futbol yox, döyüş növləri ilə də heç vaxt maraqlanmamışam, məşğul olmamışam. Mənim ruhuma uyğun olan ancaq bal rəqsləridir. 

- Yəni, həyatınızda heç vaxt bir oyunluq da olsa futbol matçı izləməmisiniz?
- Oyyy... İzləmişəm. Dünya çempionatını. Bildiyiniz kimi, mən imicmeykerəm. İllərin stilistiyəm. Futbolçulara manken kimi baxmışam. Dünyaca məhşur futbolçuların saç düzümlərindən, onların imiclərindən oğurlamışam. Və bu imicləri müştərilərimin üzərində tətbiq edib pulumu qazanmışam. Yəni, buna görə futbola baxmışam. 
 
- Hansı futbolçunu yaraşıqlı, xarizmatik hesab edirsiniz?
- Əvvəl Ronaldonu çox bəyənirdim. İndi isə Messini. Baxır da, baxır... Bizimkilərdən var idi. Adları yadımdan çıxıb. Ancaq bizimkilərdən də yaraşıqlı olanlar var. Düzdü, bizimkilər elə də ucaboylu deyil, amma yaraşıqlı uşaqlarımız var. Əsasən Sumqayıtdan olan futbolçuları tanıyıram. Onlar yanıma gəlirdilər. Çox yaraşıqlı olanları var. 

Bir məqamı da qeyd edərdim. Bizim futboçularda komplekslər var. Tək onlarda yox, cəmiyyətdə komplekslər var. Niyə belə etdi və s. tipli qınaqlar. Dünyada isə belə şey yoxdu. 

- Misal üçün, sizə yen imic üçün müraciət edən futbolçular nəyə kompleks edirlər?
- Deyir  sabah oyunumuz var, daha fərqli, diqqət cəlb edən görsənmək istəyirəm. Bildiyiniz kimi, futbolçular meydanda hamısı eyni geyimdə olur deyə, daha çox saç düzümü, saqqalla diqqətdə ola bilirlər.  Mən təklif etmişəm ki, saçınızın rəngini göy, qırmızı edək. Onlar deyiblər ki, "yox, yox, yox". (gülür)...Ancaq saç kəsimlərində problem olmayıb. Sadəcə rəngləmə də problem olub. 
 
- Hər kəsin uşaqlıqda futbolla bağlı xatirələri var. Sizin ayağınıza heçmi top dəyməyib?
- Heç vaxt futbol oynamamışam. Uşaqlar gedib oynayırdılar. Mən pəncərədən belə baxmırdım. Futbola baxınca, rumba, ça-ça-ça, tanqo oynayardım. O vaxtı indiki kimi "youtube" yox idi. Musiqi ilə özüm ritm tutub, rəqs edirdim.

- Belə başa düşdüm ki, kobud idman növləri Samiraldoya görə deyil...
- Yox, yox. Mən özüm də kobud insan deyiləm axı. Baxmayaraq ki, bu həyatda, bu cəmiyyətdə kobud olmalısan. Ancaq mən kobudluğu öz həyatıma aşılamadım. İstəsəm ola bilərəm. Ancaq alınmır. Mən kobudluq eləsəm belə, elə düşünürlər ki, zarafat edirəm, şirin alınır. (gülür)...






Starxeber Bizi instagramda izləyin