Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 183 nəfər ölüb.
OPERATIV24.AZ xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 21 692 nəfər COVID-19 infeksiyasına yoluxub, 14 636 nəfər isə sağalıb.