17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Taliban brifinq keçirdi, əsas azadlıqlar AÇIQLANDI
Dünya 17.08.2021 766

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban mətbuat konfransı təşkil edib.

OPERATIV24.AZ xəbər verir ki, Kabildə keçmiş hökumətin media mərkəzindəki brifinq “Quran” qiraəti ilə başlayıb.

Taliban sözçüsü Zabihullah Mücahid “zəfər üçün xalqı təbrik etdiyini” açıqlayıb:

“İslam Əmirliyi heç kimə kin bəsləmir. Heç bir daxili və ya xarici düşmən istəmirik. Əfqanıstanın artıq bir müharibə meydanı olmamasını təmin etmək istəyirik.

Bizə qarşı mübarizə aparan hər kəsi bağışladıq. Düşmənliklər sona çatmalıdır. ABŞ və ya beynəlxalq ictimaiyyətdən heç kimə zərər verilməyəcək”.
O bildirib ki, Kabildə xaos istəmirlər:

“Planımız keçid dövrünün yumşaq bir şəkildə tamamlanması üçün Kabildən kənarda durmaq idi. Ancaq təəssüf ki, əvvəlki hökumət elə bacarıqsız idi ki, təhlükəsizlik qüvvələri təhlükəsizliyi təmin etmək üçün heç bir şey edə bilmədi.

Biz bir şey eləməli idik. Xalqın təhlükəsizliyini təmin etmək üçün Kabilə girməyimiz zəruri idi”.

Mücahid qadın haqlarından da söz açıb:
“İslam Əmirliyi qadınların hüquqlarına şəriət çərçivəsində bağlıdır. Bizim qadınlarımız müsəlmandır. Onlar da şəriət çərçivəsində yaşamaqdan xoşbəxtlik duyacaqlar.

Qadınlarımızın hüquqları var və bu hüquqlardan yararlana biləcəklər. Təhsil, səhiyyə və digər sahələrə qatılmağa haqları var”.

Taliban sözçüsü mediadan tələbləri də bəyan edib:

“Media öz mədəni çərçivələrinə bağlıdır. Azad olmağa davam edə bilər. İslam ölkəmizdə ən önəmli dəyərdir. Heç bir şey islami dəyərlərə zidd olmamalıdır”./manset.az






Starxeber Bizi instagramda izləyin