14:39 CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi  |     18:03 İstanbulun Şahzadələr Adalarında dincəlmək üçün istirahət yerlərini kəşf edin  |     17:18 Anadolu mətbəxi, mədəniyyətin dadlı ifadəsi  |     11:17 COP29 dünyaya ekoloji saflıq təklif edir  |     23:41 QHT sədri medalla təltif olundu  |     23:08 Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür  |     23:02 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib  |     13:18 Ülviyyə Cəlilzadə: "COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır  |     14:47 Türkiyənin Egey dənizini populyar velosiped marşrutları ilə kəşf edin  |     17:03 Payız mövsümündə Türkiyə turizmi: kəşf ediləcək gözəlliklər və fəaliyyətlər  |     16:13 “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində  |     15:28 “Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib  |     14:50 Türkiyənin Qərbdən Şərqə ən yaxşı payız marşrutlarını kəşf edin  |     16:43 Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb  |     14:53 Keçmişin mədəni zənginliyi Türkiyədəki kəşflərlə üzə çıxır  |     14:46 Suveren Azərbaycanın yeni Parlamenti  |     23:11 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     22:13 Ermənistan Azərbaycana vurduğu maddi-mənəvi zərərə görə təzminat ödəməlidir – Millət vəkili  |     13:49 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq" - Nadir Alpaslan  |     12:23 Deputat: “Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”  |    
Baş Prokurorluq həbs edilən polkovniklə bağlı MƏLUMAT YAYDI
Kriminal 17.08.2021 92

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Baş Prokurorluqdan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, istintaqla Babayev Rövşən Əlixan oğlunun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Rövşən Babayev və Yaşar Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmişdir.
Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Babayev Rövşən Əlixan oğlunun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Seymur Əli






Starxeber Bizi instagramda izləyin