Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

operativ24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstan Respublikası ərazisində baş verib.



Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.


Showxeber Bizi instagramda izləyin



Sosial 30.06.2019 134
Bütün Xəbərlər