22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ev sahibinin əl-qolunu bağlayıb 6 manatını apardılar
Kriminal 16.08.2021 58

Şəmkirdə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşdığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunun bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. 

 Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Salman Mustafayev tanışları- Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu-Eynur Mustafayev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə 3 müxtəlif avtomobil ilə Seyfəli kəndinə gəliblər.

Salman və Eynur Mustafayevlər evin kənarında gözətçilik edib, Nizami Əhmədzadə və Rasim Sülymanov evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb, sonuncuya müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb etmiş heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.

Bundan başqa quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “TT” markalı tapança, həmin tapançaya məxsus 1 ədəd sandıqca və 9 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.
Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.






Starxeber Bizi instagramda izləyin