Ağdam rayon sakini R.Hüseynov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus rayonun Dördyol-1 qəsəbəsində yerləşən mağazadan 1300 manat pulun və təhlükəsizlik kamerasının yaddaş qurğularının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a bildirilib ki, daxil olmuş müraciət əsasında şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.
Araşdırmalarla onların rayonun Mərzili kənd sakini Vüqar Vəliyev, Təzəkənd qəsəbə sakinləri Vasif İbadov və Pənah Quliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.