17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq" - İlham Əliyev
Siyasət 14.08.2021 630

Müharibə dövründə mən dəfələrlə “Nə oldu, Paşinyan?” sözləri ilə bərabər deyirdim ki, Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandıraq. Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı. Biz dayandıq, yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq. Hətta erməni əsgərlərini lazımsız yerə məhv etmədik.

OPERATIV24.AZ  xəbər verir ki, bu fikirləri “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun. Müharibə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır. Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq”.






Starxeber Bizi instagramda izləyin