Almaniya kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
OPERATIV24.AZ-ın məlumatına görə, bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert deyib.
Onun sözlərinə görə, Angela Merkel avqustun 20-də Moskvaya səfər edəcək. Səfərin gündəliyi hələ məlum deyil.
"Aydındır ki, o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək", - deyə Almaniya kanslerinin sözçüsü əlavə edib.
S.Seibert onu da bildirib ki, Angela Merkel avqustun 22-də isə Kiyevə gedəcək. //APA