Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 128 nəfər ölüb.
OPERATIV24.AZ xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 27 356 nəfər COVID-19 infeksiyasına yoluxub, 16 363 nəfər isə sağalıb.