17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bu həftə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürəcək
İdman 10.08.2021 216

Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.

PFL-dən Sfera.az-a verilən məlumata görə, sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – "Neftçi” və "Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə "Neftçi” 1-ci, "Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı "Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.

İlk "onluq”da mövsümün daha bir iştirakçısı "Qəbələ” də var. "Keşlə” kimi "qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.

14-cü olan "Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Eyniadlı şəhərin ən yaxşı komandası olmaq üçün sumqayıtlılara 2 xal lazımdır.

Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan "Zirə” də, 30-cu olan "Səbail” də, 37-ci olan "Sabah” da 2021/22 mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.

Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.






Starxeber Bizi instagramda izləyin