Bu gün müğənni Əhməd Mustafayevin toyudur.
operativ24.az-ın məlumatına görə, sənətçinin toydan əvvəlki fotosessiyasından görüntülər yayılıb. Səbinə adlı xanımla nikah masasına oturacaq Əhməd toyunu mediaya açıq edəcəyini bildirib.
Sənətçi qeyd edib ki, toyda qonaqlara yeni klipini də nümayiş etdirəcək.
Qeyd edək ki, Əhməd ötən il öz əmisi qızı ilə nişanlanıb.