Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
OPERATIV24.AZ Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib.
Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb./unikal.org