Türkiyə Olimpiya Oyunlarında 2-cı qızıl medalını qazanıb.
OPERATİV24.AZ xəbər verir ki, qardaş ölkənin boksçusu Busenaz Sürmeneli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Türkiyənin boks üzrə Olimpiadada ilk qızıl medalıdır.
Xatırladaq ki, bundan əvvəl ölkə yığmasının oxatanı Mete Qazoz da qızıl medal qazanmışdı.