Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.
APA xəbər verir ki, 9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.
Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.