Azərbaycanın tanınmış rep ifaçısı və daha çox Anar Nağılbaz kimi tanınan Anar Cəbiyevin ölümündən 3 il ötür.
SHOWXEBER.AZ xəbər verir ki, Anar 1974-cü il martın 28-də anadan olub. Azərbaycan repinin banilərindən sayılır.
Bu janrla 1988-ci ildən məşğul olmağa başlayıb. 1990-cı ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı "Bivıfa" mahnısı ilə təmsil edib. 1996-cı ildə ilk albomunu buraxıb.
Anar Nağılbaz keçmiş millət vəkili Rizvan Cəbiyevin oğlu idi.
Qeyd edək ki, reper 2018-ci ilin avqustun 4-də daxili qanaxmadan keçinib.